Siz buradasınız: Ana səhifə > Haqqımızda
Haqqımızda


    Osmanlı Makina, yüksək təzyiqli yuyucu maşınlar, Təmizlik avadanlıqları və Servis və qaraj avadanlıqları, əl alətləri, elektrik avadanlıqları sektorunda satış və satışdan sonra servis xidmətlərini göstərməkdədir. 1999-cu ildən fəaliyyət göstərən, Osmanlı Makina Şirkəti 15 illik fəaliyyəti dönəmində bu sahədə böyük uğur qazanmışdır.
    Şirkətimiz günü-gündən inkişaf edərək müştərilərimizin etibarını qazanmış və yüksək keyfiyyətli avadanlıqlarla bazarda öz yerini tutmuşdur.

    Osmanlı Makina bu gün beynəlxalq standartlara cavab verən, OMAX, MATTIOLI, PULIRE, SILEX, REMS, STANLEY, BOSCH, OSAKA, MAKİTA, KATANA, MEGİSAN, NETLİFT, ALTAŞ-GEDORE tipli məşhur brendlərlə Azərbaycan bazarında  yüksək keyfiyyətli məhsullarla müştərilərimizə xidmət göstərməkdədir.

    Şirkətin siyasətinin başlıca məqsədi satış bazarının genişləndirilməsi, distribüter şəbəkəsinin artırılması, son məqsədi isə, məhsulun istehlakçıya maksimal dərəcədə yaxınlaşdırılmasıdır. Bu, Şirkətin inkişaf etmiş texniki bazası, eləcə də ticarət sahəsində təcrübəli və peşəkar əməkdaşları sayəsində əldə edilir.

    Osmanlı Makina  OMAX, MATTIOLI, PULIRE, SILEX brendlərinin  yüksək səviyyədə satışı ilə məşğul olmaqla yanaşı, bu markaları beynəlxalq standartlara uyğun istehsal edir.

    Şirkətimiz Almaniya istehsalı olan REMS elektrikli əl alətlərinin, ALTAŞ-GEDORE əl alətlərinin Azərbaycanda rəsmi distributoru, KATANA Generatorlarının MEGİSAN elektrik tənzimləyicilərinin, NETLİFT qaldırıcı avadanlıqlarının satış təmsilçisidir